Əsas Səhifə > Güney Press > Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı

Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı


Bu gün, 12:50

Bakıda səkkiz il əvvəl fəaliyyəti dayandırılan “Start” İdman və Əyləncə Kompleksinin binası yenidən satışa çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bağlandıqdan sonra satışa çıxarılan bu obyektin qiyməti yarım milyon manatdan çox endirilib.

Paytaxtın Nizami rayonunda yerləşən kompleks binası hazırda alıcılara 6,9 milyon manata təklif olunur.

Xatırladaq ki, kompleksin binası bağlandıqdan sonra satışa çıxarılsa da alıcısı tapılmayıb. Bina ötən ilin əvvəlində 7,5 milyon manata satışa çıxarılmışdı.

Qeyd edək ki, “Start” İdman və Əyləncə Kompleksi 2018-ci ilin yanvarından fəaliyyətini dayandırıb. 4473,9 kvadrat metr sahəyə malik olan obyekt 30 sot torpaq sahəsinin daxilində inşa edilib. Kompleksin açıq və qapalı futbol meydançaları, hovuzu, uşaqlar üçün aquapark və hovuzu, boulinq, həndbol, basketbol və voleybol, məşq, fitnes, boks və rəqs zalları mövcuddur.


Geri qayıt