|
ABŞ-İran danışıqlarının 60 günü ərzində gəmilərin Hörmüz boğazından keçidi pulsuz olacaq. Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “NBC News” telekanalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, bu 60 gün anlaşma memorandumunun imzalanmasından sonra başlayacaq. “Sazişdə deyilir ki, yekun razılaşma üzrə danışıqlar aparıldığı müddətdə 60 gün ərzində Hörmüz boğazına giriş və çıxış pulsuz olacaq”, - Amerika vitse-prezidenti qeyd edib. Vems həmçinin qeyd edib ki, Vaşinqton yekun razılaşma bağlandıqdan sonra belə boğazdan keçidin pulsuz olacağını gözləyir. “Tehrana aydın şəkildə bildirdik ki, Vaşinqton gəmilərin Hörmüz boğazından keçməsi üçün ödəniş tələb edən bir sistemə dözməyəcək”, - deyə Vens yekunlaşdırdı. Qeyd edək ki, iyunun 15-də ABŞ və İran hərbi əməliyyatlara son qoymaq və Hörmüz boğazını açmaq barədə razılığa gəldiklərini elan ediblər.
Geri qayıt
|