Əsas Səhifə > Güney Press > ABŞ geri çəkilir?
ABŞ geri çəkilir?Bu gün, 11:59 |
|
ABŞ NATO qarşısında bir sıra hərbi öhdəliklərini azaltmaq qərarı verib. Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti NATO-dakı üç mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Vaşinqton alyansın sərəncamına aviadaşıyıcı zərbə qrupunu, strateji bombardmançı aviasiya birləşməsini və 50-dən çox qırıcı təyyarəni təqdim etməkdən imtina edib. Nəşr yazır ki, bu qərar bir çox müttəfiq ölkələr üçün gözlənilməz olub. Bildirilir ki, ABŞ bununla tərəfdaşlara təzyiqi artırmağa və müdafiədə yaranan boşluqları öz hesablarına doldurmağa sövq etməyə çalışır. Qeyd olunur ki, məqsəd iyulun əvvəlində keçiriləcək NATO sammitinədək müttəfiqlərin müdafiə yükünü daha çox üzərlərinə götürməsinə nail olmaqdır. Geri qayıt |