Əsas Səhifə > Güney Press > Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildirBu gün, 11:55 |
|
“Cənubi Qafqazda yenidən formalaşan siyasi tarazılıq qlobal arenada baş verən silsilə proseslərin bir halqasıdır”. Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib. “Bu gün getdikcə daha da sərtləşən güc mübarizələrinin, kökü əsrlər əvvələ gedib çıxan ağır qarşıdurmaların, bu günü qeyri-müəyyən, sabahı isə dumanlı olan dövrdən keçirik. Bu gün baş verənləri sadəcə gündəlik xəbər axını kimi qiymətləndirmək həqiqətin yalnız zahiri tərəfi ilə kifayətlənmək deməkdir. Çünki Qəzzada tökülən məzlum qanı, Livanda atəşkəsə baxmayaraq davam edən qırğınların dumanı, Hörmüz boğazında uzun müddətdir qlobal iqtisadiyyatı və enerji təchizatını girov saxlayan gərginlik, Şərqi Aralıq dənizində Kipri də əhatə edən və Bəsrə körfəzinə qədər uzanan gizli geosiyasi hesablamalar, eləcə də Cənubi Qafqazda yenidən formalaşan siyasi tarazlıq eyni zəncirin halqalarıdır”, - MHP lideri vurğulayıb. Dövlət Baxçalı BMT-nin baş verənləri görməzdən gəldiyini də vurğulayıb: “Birləşmiş Millətlər Təşkilatı dövlətlərdən ali təmsilçilik qurumudur. Amma BMT sanki “üç meymun” rolunu oynayır, olanları görməzdən gəlir”. Geri qayıt |