Əsas Səhifə > Güney Press > “Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...”
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...”Bu gün, 09:30 |
|
“Aşıq Əlinin xətrini çox istəyirəm. Bugünlərdə açıqlama verib ki, xanəndələr aşıq havası ifa etməsinlər. Əli özü həm aşıq mahnısı, həm türk mahnısı, həm də estrada mahnısı oxuyur. İslam Rzayev deyirdi ki, “əsl sənətkar odur ki, musiqinin hər janrını oxusun”. Pop da, caz da, muğam da, aşıq ifası da. Muğam ifaçıları musiqinin bütün janrlarını dərindən bilirlər. Aşıq Əli çox gözəl türk, bəstəkar mahnıları oxuyur. Dünən Zabit Nəbizadənin oğlunun toyunda elə gözəl “Şirvan şikəstəsi” oxudu ki, mənə ləzzət etdi. Yəqin görünür hansısa xanəndə aşıq mahnısını yaxşı oxumayıb, onun əlindən əsəbləşib bu sözləri deyib. Aşıq sənəti bizim kökümüzdür, xanəndə də oxuya bilər, estrada müğənnisi də”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Sevinc Sarıyeva deyib.
O daha sonra əlavə edib:
“Bir də görürsən ki, konsertlərdə, tədbirlərdə, hətta dost məclislərində ayrı-seçkilik edirlər. Səbəbi də ora dəvət olunan digər tanınmış ifaçılar və xalq artistləridir. İnsanlıq nə xalq artisti ilə ölçülmür, nə əməkdarla, nə də Şöhrət ordeni ilə! İnsanın gərək insanlığı olsun. Bəzi tədbirlərdə ayrı-seçkiliklər çox olur. Səni də dəvət ediblər, onu da. Əgər məni məni məclisə yaxud da konsertinə layiq görmürsənsə, heç çağırma! Orada kimisə kimdənsə üstün edəcəksənsə, kimisə alçaldacaqsansa bəri başdan dəvət etmə! Səhnəyə çıxıb ad çəkirsənsə hamının adını çək! Ya da çəkmirsənsə heç kimin adını çəkmə! Söz verilirsə hamıya verilsin, verilmirsə heç kimə verilməsin! Heç kim heç kimdən nə artıq oxumur, nə də əskik! Allah təala hərəyə bir balaca səs, avaz verib. Hərənin öz tamaşaçısı, hərənin öz səsi var. Ola bilər kiminsə yaradıcılığı geniş ola bilər, amma onları məclislərdə fərqləndirmək olmaz. Sənətkar var ki, nə şəxsiyyəti var, nə də insanlığı.. Hamıya yuxarıdan aşağı baxır, kobud davranır. Mən xarakterimi dəyişə bilmərəm. Sevinc Sarıyeva kimi necə varamsa, bu günə qədər necə olmuşamsa elə də qalacam. Amma mənə qarşı soyuq olan insanları vaxt gələr mən də saymaram. Sənətkarı sənətkardan heç kim seçməməlidir. Hər bir gülün, çiçəyin öz ətri olduğu kimi, hər sənətkarın da özünəməxsus özəlliyi var”.
Geri qayıt |