Əsas Səhifə > Güney Press > “Zeynəb Xanlarova toylara getməyib,
“Zeynəb Xanlarova toylara getməyib,Bu gün, 09:24 |
|
“Kişi məclislərində də ifa edirəm, qadın məclislərində də. Kişi məclislərində ifa edəndə bəzən tənqidlərlə qarşılaşıram, mənfi rəylər görürəm. Mən o insanlara nə deyə bilərəm? Allah onları hidayət etsin! Məclislərində iştirak etdiklərim də Azərbaycan kişiləridir də.. Başqa planetdən gəliblər?! Bizim elimizin, obamızın mərd, qeyrətli övladlarıdır da. Deyəsən o mənfi rəyləri yazanların ailəsində kişi yoxdur. Ayıb olsun, başqa sözüm yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib.
O daha sonra əlavə edib:
“Mən məcburən müğənnilik etmirəm ki. Müğənnilik sənətinin təhsilini almışam. Diplomum var, ali savadlıyam. Başqa ixtisasım yoxdur. Bu mənim işimdir. Əlbəttə ki, mən də istəyərdim konsertlərdə oxuyaq, səhnələrə çıxaq. Toya getdikcə müğənninin dəyəri aşağı düşür. Biri də var ki, müğənniyə əlçatmaz baxırlar. Zeynəb Xanlarova ömür boyu toya getməyib. Camaat həsrət çəkib ki, kaş onu yaxından görərdim. Bizi marketdə də, bazarda da, yolda da, toyda da görürlər. Ona görə də müğənnilik sənəti əlçatmazlıqdan çıxıb. Müəyyən adamlar var ki, əlçatmazdır, amma bizim üçün deyil. 11 il ər çörəyi yedim, sonra həyat yoldaşım rəhmətə getdi. Ondan sonra kimin çörəyini yeyim?”.
Müğənni bildirib ki, bəzi hallarda həmkarları onun adından yalan danışıblar:
“Hər sahədə insana mane olan, ayağından çəkənlər olur. Nəzərə alsaq ki, meyxanaçılar mehribandır, bizim sahədə də belə hallar baş verir. İnsan gərək nə qədər cahil olsun ki, elə hərəkətlər etsin. O qədər məni toylara, meyxana məclislərinə istəyiblər ki.. Deyiblər ki, Samirə xanım meyxana demir, kişi məclisinə getmir. O söhbətlər sonradan gəlib mənə çatıb. Müştərilər özləri mənə çıxıblar, deyiblər ki, “sizi istəmişik, deyiblər ki, Rusiyada yaşayırsız”. Halbuki mən Bakıda olmuşam”
.
Müğənni toy qonorarından da danışıb:
“İndi bir çox müğənnilər yarım saatı 12 min manata gedir. Lap 22 minə getsinlər, Allah ruzilərini bol etsin. Təki millətimizin vəziyyəti yaxşı olsun, hamıya pul versinlər, dəyərlərini bilsinlər. Əziyyət çəkirlər, halal xoşları. O ki, qaldı mənim toy qiymətimə.. Mən məclisə baxıb qiymət deyirəm. Təbii ki, 12 min manata getmirəm. 12 minin 12 dəfə aşağı qiymətinə gedirəm”.
Geri qayıt |