Əsas Səhifə > Güney Press > 737 nümayəndədən 729-u Orbana səs verdi:
737 nümayəndədən 729-u Orbana səs verdi:Bu gün, 13:10 |
|
Macarıstanda keçmiş Baş nazir Viktor Orban yenidən Macar Vətəndaş İttifaqı (Fidesz) Partiyasının sədri seçilib. Publika.az yerli mediaya istinadla xəbər verir ki, Budapeştdə keçirilən qurultayda 737 nümayəndədən 729-u Orbanın lehinə səs verib. Orban çıxışında “Heç vaxt təslim olmuram” deyərək məğlubiyyətin məsuliyyətini üzərinə götürdüyünü və yenidən hakimiyyətə qayıtmaq üçün dəyişikliklərə ehtiyac olduğunu bildirib. O, “suveren Macarıstan” ideyasını həyatının əsas missiyası adlandırıb. Orban həmçinin yeni hökumətin ölkəni miqrasiya və xarici təsirlərə məruz qoyacağı barədə xəbərdarlıq edib və güclü müxalifət rolunu davam etdirəcəklərini vurğulayıb. Geri qayıt |