Əsas Səhifə > Güney Press > İranın üç dodağı
İranın üç dodağıBu gün, 10:02 |
|
Çinin qurucu lideri Maonun dövlətlərin proksi qüvvələri barədə məşhur bir fikri varı: “Dodaqlar olmasa dişlər üşüyər”.
Mao əslində düz deyir, amma bu təsbitində əskik tərəflər də var. Dodaq həm də vəhşini gözəl göstərmək, başqasının payını və ya haqqını yeməyi gizlətmək üçün lazımdır. Başqa sözlə, dodaq olmasa, sifət də iyrənc görünər.
İranın da imperialist niyyətlərini reallaşdırmaq üçün proksi qüvvələri var və ABŞ-İran danışıqlarının taleyi bu qüvvələrdən asılıdır. Hesab edirəm ki, Tehran öz “dodaqlarından” imtina etməyənə qədər ABŞ-İran müharibəsi də sonlanmayacaq. Trampın, onun-bunun nə deməsindən asılı olmayaraq.
O halda sual yaranır: İran öz “dodaqlarından” imtina edəcəkmi? Məncə, xeyr. İran “dodaqlarından” imtina edərsə, müsəlmanların haqqını necə gizlədə bilər? Heç uzağa getməyək, İranda milyonlarla Azərbaycan türkü yaşayır və fars şovistləri onların mədəni-mənəvi, maddi zənginliklərini yeməklə məşğuldur. İran əgər proksi qüvvələrindən, dolayısıyla dodaqlarından imtina edərsə, uzun illər, onilliklər, yüzilliklər boyu Azərbaycan türkünün haqqını necə yediyi gün kimi aydın sezilər. Və bu zaman Azərbaycan türkləri ayağa qalxıb onun dişlərini sökməzmi? Əlbəttə, sökər. İran da bu tale ilə üzləşməmək üçün məhv olub getməyənə qədər öz dodaqlarını qorumağa çalışacaq.
Maraqlıdır ki, digər canlılardan fərqli olaraq, İranın bir müddət əvvələ qədər 4 dodağı var – Həşdi Şabi (İrak), Hizbullah (Livan), Bəşər Əsəd (Suriya), Husilər (Yəmən). Türkiyə İranı abıra salmaq üçün bu dodaqlardan birini kəsdi. Bəşər Əsədi devirib yerinə Əhməd Şaaranı gətirdi. İndi İranın 3 dodağı qalıb. Və üç dodaq daha iyrənc görünür. Bəs bu dodaqlar nə zaman kəsiləcək? Bunu zaman göstərəcək.
Müəllif: Heydər Oğuz - "DİA-AZ"
Geri qayıt |