|
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 166 min 727 nəfərə yaşa görə müavinət təyin olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlra istinadən xəbər verir ki, yaşa görə müavinət alanların sayı əvvəlki illə müqayisədə 10,5 min və ya 6,7% artıb. Qeyd edək ki, son 7 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği belə olub: 1 Yanvar 2020-ci il – 82,4 min nəfər (aylıq müavinət 130 manat); 1 Yanvar 2021-ci il – 100,2 min nəfər (130 manat); 1 Yanvar 2022-ci il – 113,6 min nəfər (180 manat); 1 Yanvar 2023-cü il – 128,3 min nəfər (220 manat); 1 Yanvar 2024-cü il – 143,7 min nəfər (220 manat); 1 Yanvar 2025-ci il – 156,2 min nəfər (220 manat); 1 Yanvar 2026-cı il – 166,7 min nəfər (220 manat).
Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64 il 6 aydır. Gələn ayın əvvəlindən – 1 iyul 2026-cı ildən etibarən isə həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 olacaq. Azərbaycanda şəhər və rayonlar üzrə pensiya yaşına çatıb pensiya ala bilməyən şəxslərin sayı belə olub: Gəncə şəhəri – 5 596 Şəmkir rayonu – 5 159 Sabunçu rayonu – 4 920 Quba rayonu – 4 880 Xaçmaz rayonu – 4 459 Lənkəran rayonu – 4 458 Masallı rayonu – 4 436 Cəlilabad rayonu – 4 255 Sumqayıt şəhəri – 4 064 Binəqədi rayonu – 3 996 Xətai rayonu – 3 909 Bərdə rayonu – 3 895 Şəki rayonu – 3 815 Suraxanı rayonu – 3 723 Yasamal rayonu – 3 685 Tovuz rayonu – 3 675 Sabirabad rayonu – 3 489 Abşeron rayonu – 3 172 Göyçay rayonu – 2 959 Xəzər rayonu – 2 778 Ağcabədi rayonu – 2 747 Zaqatala rayonu – 2 737 Salyan rayonu – 2 628 Nərimanov rayonu – 2 558 Qəbələ rayonu – 2 557 Nizami rayonu – 2 544 Nəsimi rayonu – 2 520 Yevlax rayonu – 2 493 Ağdam rayonu – 2 431 Ağdaş rayonu – 2 367 Balakən rayonu – 2 318 İmişli rayonu – 2 281 Astara rayonu – 2 176 Goranboy rayonu – 2 062 Qusar rayonu – 1 949 Mingəçevir şəhəri – 1 908 Qaradağ rayonu – 1 901 Neftçala rayonu – 1 897 Saatlı rayonu – 1 892 Kürdəmir rayonu – 1 870 Beyləqan rayonu – 1 835 Ucar rayonu – 1 749 İsmayıllı rayonu – 1 731 Ağstafa rayonu – 1 728 Qazax rayonu – 1 704 Şamaxı rayonu – 1 699 Gədəbəy rayonu – 1 642 Biləsuvar rayonu – 1 624 Tərtər rayonu – 1 526 Füzuli rayonu – 1 505 Ağsu rayonu – 1 472 Hacıqabul rayonu – 1 469 Samux rayonu – 1 329 Şirvan şəhəri – 1 306 Şərur rayonu – 1 259 Səbail rayonu – 1 243 Qax rayonu – 1 185 Zərdab rayonu – 1 121 Göygöl rayonu – 1 120 Oğuz rayonu – 961 Şabran rayonu – 898 Ordubad rayonu – 882 Lerik rayonu – 850 Naxçıvan şəhəri – 730 Qobustan rayonu – 717 Yardımlı rayonu – 714 Babək rayonu – 680 Siyəzən rayonu – 548 Laçın rayonu – 536 Culfa rayonu – 471 Cəbrayıl rayonu – 454 Daşkəsən rayonu – 372 Kəngərli rayonu – 367 Kəlbəcər rayonu – 317 Zəngilan rayonu – 301 Xızı rayonu – 261 Şuşa rayonu – 229 Qubadlı rayonu – 206 Şahbuz rayonu – 180 Sədərək rayonu – 168 Naftalan şəhəri – 155 Pirallahı rayonu – 146 Xocavənd rayonu – 106 Xocalı rayonu – 72
Geri qayıt
|