Əsas Səhifə > Güney Press > Şəmkirdə 26 yaşlı oğlan kafedə qətlə yetirilib

Şəmkirdə 26 yaşlı oğlan kafedə qətlə yetirilib


Bu gün, 09:47

Şəmkirdə qətl hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərin birində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü S.Tağıyev ürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Ona tibbi müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Araşdıma zamanı məlum olub ki, S.Tağıyevi aralarında baş verən mübahisə zamanı həmyerlisi 1998-ci il təvəllüdlü F.Həsənov bıçaqla vurub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə S.Tağıyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən F. Həsənov saxlanılaraq istintaqa təhvil verilib.


Geri qayıt