Əsas Səhifə > Güney Press > Putinin dediyi iş adamı o imiş:
Putinin dediyi iş adamı o imiş:Bu gün, 10:40 |
|
Rusiyalı milyarder Roman Abramoviç Ukraynaya quru yolu ilə gəlib. Publika.az xəbər verir ki, “RBC-Ukrayna”nın məlumatına görə, bu detalı Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixi açıqlayıb. "Onun necə səyahət etməsinin fərqi varmı - qatarla, maşınla və ya nə ilə? Əlbəttə ki, onun uçmadığını deyə bilərik, məncə, bu detal hər şeyi aydınlaşdırır", - deyə o bildirib. İyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında çıxışı zamanı adı açıqlanmayan rusiyalı iş adamı ilə Ukrayna lideri Vladimir Zelenski arasında görüşdən danışıb. Rusiya liderinin sözlərinə görə, iş adamı SPIEF-dən bir neçə həftə əvvəl ona yaxınlaşıb və Kiyevdə şəxsi görüşə dəvət olunması barədə məlumat verib. Geri qayıt |