Əsas Səhifə > Güney Press > Rusiyaya 40 milyard dollar zərər vurmuşuq

Rusiyaya 40 milyard dollar zərər vurmuşuq


Bu gün, 07:09

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun PUA Qüvvələrinin yaradılmasından keçən bir il ərzində əldə etdiyi nəticələrdən danışıb.

Axar.az xəbər verir ki, bu barədə V.Zelenski Teleqram kanalında bildirib.

O qeyd edib ki, bu qüvvələrin yaradılmasından bəri müxtəlif səviyyəli Rusiya hədəflərinə vurulan zərərin ümumi dəyəri təxminən 40 milyard dollar təşkil edib.

Zelenski onu da vurğulayıb ki, ən vacib məqam müxtəlif növ zərbələrin Ukraynaya insan həyatını qorumağa kömək etməsidir.


Geri qayıt