Əsas Səhifə > Güney Press > Rusiya Aİ-nin sanksiyalarını ələ saldı:
Rusiya Aİ-nin sanksiyalarını ələ saldı:Bu gün, 18:11 |
|
Rusiya Federasiyasının Niderlanddakı səfirliyi Avropa İttifaqının (Aİ) Rusiyanın balıq məhsullarına qarşı planlaşdırdığı sanksiyaları ironik şəkildə tənqid edib. Publika.az xəbər verir ki, səfirliyin məlumatına görə, Brüssel Rusiyadan idxal edilən bir sıra balıq məhsullarına qadağa tətbiq etməyi nəzərdən keçirir. Buna cavab olaraq rus diplomatları sosial şəbəkədə “qiymət artımına hazır olun” deyə xəbərdarlıq edib və Aİ-yə istehza ilə “Rusiyadan gələn küləyin gətirdiyi havada nəfəs almağı da qadağan edin” təklifini irəli sürüblər. Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi çərçivəsində bir sıra balıq məhsullarının idxalına tam qadağa qoyulması təklif olunur. Geri qayıt |