Əsas Səhifə > Güney Press > “Məqsədimiz heyvandarlıq təsərrüfatının fəaliyyətini araşdırmaqdır”

“Məqsədimiz heyvandarlıq təsərrüfatının fəaliyyətini araşdırmaqdır”


Bu gün, 11:32

Qobustan və Şamaxı rayonlarında heyvandarlıq sahəsində keçirilən maarifləndirmə tədbirləri fermerlərin problemlərinin öyrənilməsi və sektorun inkişafı baxımından diqqət çəkir. Bu təşəbbüslərin əsas məqsədi regionlarda fəaliyyət göstərən təsərrüfat sahiblərinin bilik və bacarıqlarını artırmaq, mövcud çətinlikləri müzakirə etməkdir.

Qobustan və Şamaxıda keçirilən görüşlərdə hansı əsas problemlər ön plana çıxdı?

Bu barədə Bizimyol.info xəbər portalına danışan “Quşçu” Heyvandarlıq İctimai Birliyinin sədri Tahir Məmmədov bildirib ki, layihənin məqsədi regionlarda heyvandarlıq sahəsində faydalı təcrübələri təbliğ etməkdir:

Şamaxı və Qobustan rayonlarında heyvandarlıq təsərrüfatlarının fəaliyyəti haqqında tədbir iştirakçılarını məlumalandırmağa çalışdıq. Layihənin məqsədi regionlarda heyvandarlıq təsərrüfatlarının fəaliyyətinə ictimai nəzarəti gücləndirmək heyvandarlıq sahəsində faydalı təcrübələri təbliğ etmək və bu istiqamətdə şəffaflığı artırmaq, eyni zamanda daha effektiv idarəetməni təmin etməkdir.

Eyni zamanda Qobustan Şamaxı, Ağsu və İsmayıllı rayonlarında heyvandarlıq təsərrüfatının fəaliyyətini araşdırmaq və əldə etdiyimiz nəticələrə əsasən statistik hesabat hazırlamaqdır”.

Tahir Məmmədov əlavə edib: “Əsas problem əhalinin heyvanlara qarşı kortəbii münasibəti və xəstəlik zamanı ilkin yardım göstərmək üçün lazımi biliklərinin olmamasının açıq-aydın hiss olunması idi. Dəvət etdiyimiz ekspert, baytar həkim Eldəniz Məlikovun tədbir iştirakçılarına verdiyi məsləhətlər isə onları qane etdi”.


Geri qayıt