Əsas Səhifə > Güney Press > 18 ildir axtarışda olan azərbaycanlı “qanuni oğru” saxlanıldı

18 ildir axtarışda olan azərbaycanlı “qanuni oğru” saxlanıldı


Bu gün, 11:27

Rusiyanın Sankt-Peterburq şəhərində cinayətkar aləmdə Yusif, Yuska və Şamxorski kimi tanınan 54 yaşlı “qanuni oğru” Yusif Əliyev polis tərfindən saxlanılıb.

Ölkə.az “primecrime”yə istinadən xəbər verir ki, 18 ildir beynəlxalq axtarışda olan criminal avtoritet, 9 iyun səhəri RF DİN Cinayət Axtarışı Departamentinin əməkdaşları tərəfindən Sankt-Peterburda Makarova sahilindəki bir evdə saxlanılıb.

Nəşrin yazdığına görə, Əliyev Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən cinayətkar iyerarxiyada yüksək vəzifə tutmaq və iki cinayət hadisəsi törətməkdə ittiham olunur. Onun qurbanlarından biri polis əməkdaşı olub. Axtarışda olarkən Yuska Kamçi, Suxoç, Qiya Sverdlovski, Vadik Krasnodarski, Zuza və Seryoqa Asatryanla birlikdə tacqoyma mərasiminə çıxarılıb.

Nəşr qeyd edib ki, o, rəqib Oniani-Canqveladze klanının tərəfdarlarının Piroqov toplantısına Ded Xasanın cavabı olaraq Yaponçikin iştirakı ilə oğru statusu alıb.

Polis məmurunun suallarını cavablandıran Yusif Əliyev özü barəsində şəxsi məlumatları açıqlasa da, oğrular kastasına mənsubiyyəti ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

O uzun müddət Belarusda yaşadığını bildirib.


Geri qayıt