Əsas Səhifə > Güney Press > Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək

Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək


Bu gün, 18:15

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə ümumtəhsil müəssisələrində aparılacaq irihəcmli təmir işləri ilə bağlı tenderə yekun vurub.

Banker.az xəbər verir ki, “Respublika üzrə ümumtəhsil müəssisələrində cari təmir və kommunal-kommunikasiya işlərinin satınalınması” üzrə keçirilən açıq tenderin qalibi “Elite Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

İdarə ilə qalib şirkət arasında artıq satınalma müqaviləsi imzalanıb. Müqavilənin ümumi maliyyə dəyəri 3 667 589 manat təşkil edir.

Şərtlərə əsasən, “Elite Construction” MMC respublika miqyasında məktəblərin cari təmirini həyata keçirəcək, həmçinin təhsil müəssisələrinin kommunal və kommunikasiya xətlərinin saz vəziyyətə gətirilməsi işlərini icra edəcək.


Geri qayıt