Əsas Səhifə > Güney Press > Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı
Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldıBu gün, 17:05 |
|
Mayın 28-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilən Rusiyanın “Tor-M2KM” zenit-raket sistemləri Ermənistan tərəfindən nisbətən bu yaxınlarda alınıb. Axar.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan deyib. "Parad zamanı bu yaxınlarda aldığımız Rusiyanın “Tor” raketlərini gördünüz", – Asryan bildirib. Qeyd edək ki, mayın 28-də İrəvanda keçirilən hərbi paradda Ermənistan, Rusiya, Fransa, Hindistan, Çin, İran və Belçika istehsalı olan hərbi texnika və silahlar nümayiş etdirilmişdi. Geri qayıt |