Əsas Səhifə > Güney Press > Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi:

Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi:


Bu gün, 16:19

Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: “Əlinin bərəkəti var, ürəkdən edir” - VİDEO+FOTO

Əməkdar artist Almaz Orucovanın doğum günündə maraqlı anlar baş verib. Belə ki, Xalq artisti Gülyanaq Məmmədova sənətkarı təbrik üçün səhnəyə gəlib. Bu anda Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev ona 1 manat pul verib.. Gülyanaq xanım tarzəni doğum günü münasibəti ilə təbrik edərək, zarafatyana “mən pulsuz oxumuram, pulumu Vamiq müəllim verib” deyib. Onun bu sözləri məclisdəkilərin gülüşünə səbəb olub.
Moderator.az-a açıqlama verən Gülyanaq Məmmədova bu sözləri deyib:
“Vamiq müəllimin cibində 1 manat olmaya bilməz. Harada rast gəlsək o bir manatı çıxarıb verəcək. Çox vaxt üstünə imza da atır. O pul o qədər şirin, o qədər uğurludur ki... Onun verdiyi 1 manatın da bərəkəti çox olur. Özü də Vamiq müəllim o pulu mənə ürəkdən verir. Universitetdə görəndə də deyirdi ki, “gəl pulunu verim get” (gülü). Vamiq müəllimin bu gün doğum günüdür. Mən onu təbrik edirəm. Qəlbi o qədər gözəl və safdır ki.. Sənətkar kimi, tarzən kimi, ailə başçısı kimi ideal insandır. Onun övladları ilə dostam. O özü də mənə bir ata kimi dəstək olub. Birlikdə Mədəniyyət və İncəsənət Universitetində həmkar olmuşuq. Hər zaman tarını götürüb sinfimə gəlib, tələbələrimə bəzi muğamların necə düzgün oxumaq lazımdırsa təmənnasız öyrədib. Hər zaman dəstəyini görmüşəm. Onlar ustaddır. Vamiq müəllim görün nə qədər ustadları müşayiət edib, görün kimlərdən dərs alıb?!”

Geri qayıt