Əsas Səhifə > Güney Press > İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı: Qazax–Tovuz yenə birincidir

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı: Qazax–Tovuz yenə birincidir


Bu gün, 15:16

Bu ilin ilk rübündə (yanvar-fevral-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2,35 manat vəsait xərcləyib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb.
Qeyd edək ki, alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3,9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub – ayda adambaşına orta hesabla 1,4 manat.
Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:
Bakı – 2,5 manat
Abşeron–Xızı – 2,5 manat
Dağlıq Şirvan – 1,6 manat
Gəncə–Daşkəsən – 2,5 manat
Qarabağ – 2,4 manat
Qazax–Tovuz – 3,9 manat
Quba–Xaçmaz – 2 manat
Lənkəran–Astara – 1,4 manat
Mərkəzi Aran – 2,5 manat
Mil–Muğan – 2,2 manat
Naxçıvan – 2,4 manat
Şəki–Zaqatala – 2,6 manat
Şərqi Zəngəzur – 2,2 manat
Şirvan–Salyan – 1,5 manat


Geri qayıt