Əsas Səhifə > Güney Press > Separatçılar yenə qara-qışqırıq salıblar

Separatçılar yenə qara-qışqırıq salıblar


Bu gün, 13:07

Ermənistanda mənzillənmiş separatçılar yenə qara-qışqırıq salıblar.

Tribuna.az xəbər verir ki, bu dəfə onlar seçkilərə buraxılmadıqlarını gündəmə gətirməyə çalışırlar.

Onların vəkili Roman Yeritsyan iddia edib ki, guya, Qarabağdan könüllü köçmüş 30 min erməniyə səsvemə haqqı tanınmayıb. “30 min Qarabağ ermənisi qanunsuz olaraq səsvermə hüququndan məhrum edilib. Onlar səsvermə hüquqularını bərpa etmək üçün məhkəməyə müraciət edəcəklər”.

Qeyd edək ki, bu əsnada Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, indiyə qədər Qarabağdan köçmüş 40 min erməni Ermənistan vətəndaşlığı alıb. O deyib ki, onların mənzil təminatı və iş problemlərini həll etmək üçün 5 il ərzində hökumət 800 milyard dram və ya 2.2 milyard dollar pul ayıracaqlar.


Geri qayıt