Əsas Səhifə > Güney Press > Türkiyə-Ermənistan sərhədi açılır?
Türkiyə-Ermənistan sərhədi açılır?Bu gün, 12:04 |
|
Ermənistan-Türkiyə sərhədinin açılması üçün konkret bir müddət yoxdur və sonrakı addımlar iki ölkə arasında münasibətlərin normallaşmasında irəliləyişdən asılı olacaq. Publika.az xəbər verir ki, bunu Türkiyə hökumətindəki mənbə “RİA Novosti” agentliyinə bildirib. Mənbə qeyd edib ki, hazırkı mərhələdə sərhədlərin açılma tarixi müəyyən edilməyib və prosesin dinamikası ikitərəfli dialoqun inkişafından asılı olacaq. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçelinin sözlərinə görə, Ankara və İrəvan may ayının ortalarında ölkələr arasında birbaşa ticarətin başlanması üçün hazırlıq işlərini başa çatdırıblar. Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Türkiyənin mallarını üçüncü ölkələr vasitəsilə yenidən qeydiyyata almadan Ermənistana tədarük etməyə başlayacağını bildirmişdi. Bu arada, Ankara Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcəyi gözlənilən konstruktiv danışıqların davam edəcəyini gözləyir. Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil və sərhəd 1993-cü ildən bəri bağlı qalıb. İki ölkənin xüsusi nümayəndələri arasında danışıqlar 2022-ci ildən bəri davam edir, lakin əvvəllər əldə edilən razılaşmalar hələ də həyata keçirilməyib. Geri qayıt |