Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda bu bina uça bilər, ADPU rektoru maraqlanmır

Bakıda bu bina uça bilər, ADPU rektoru maraqlanmır


Bu gün, 10:04

Bakının Binəqədi rayonu, Rövşən Hüseynov küçəsi 18 ünvanında yerləşən bina qəzalı və riskli vəziyyətdədir.

Bu barədə Tribuna.az-a verilən xəbərə görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə məxsus korporativ yaşayış binasıdır. Sakinlərin sözlərinə görə, bina uçub dağılmaq təhlükəsi ilə üzləşib, lakin ADPU tərəfindən heç bir tədbir görülmür. Binadan qopan daşlar hətta Milli Qvardiyanın ərazisinə düşür, amma bu vəziyyət ADPU rəhbərliyini narahat etmir.

Baxmayaraq ki, korporativ bina onun balansındadır. Sakinlərin xahişi ondan ibarətdir ki, uçmaq təhlükəsi ilə üzləşən binada təmir işlərinə başlanılsın. Amma sakinləri ölüm təhlükəsi ilə üz-üzə qoyaraq hər hansı təmir işi aparılmayıb. Ona görə də sakinlər ADPU rəhbərliyinə müraciət edərək məsələni nəzarətə götürməsini xahiş edirlər. Əks halda, binada faciə yaşana bilər.


Geri qayıt