Əsas Səhifə > Güney Press > Tramp İranla müharibəni dayandıra bilmir
Tramp İranla müharibəni dayandıra bilmirBu gün, 09:49 |
|
ABŞ Prezidenti Donald Trampın İranla müharibəyə son qoymaq istəsə də, İran, “Hizbullah” Hərəkatı və İsrail başqa fikirdədir. Teleqraf xəbər verir ki, bu barədə “Foreign Policy” İranla İsrail arasında son toqquşmalar barədə bildirib. “Sülh razılaşmasına nail olmaq üçün aylarla uğursuz cəhdlərdən sonra nəzarətin əlində olduğunu israr etsə də, faktiki olaraq sükanı əlindən çıxaran Donald Tramp İranla müharibədə “sərnişin”ə çevrilib. Hələ də hər şeyin nəzarət altında olduğu təəssüratını yaratmağa çalışmaqla və yerdəki mürəkkəb reallıqları inkar etməklə, razılaşmaya gedən yolu daha da çətinləşdirib”, - mənbə yazıb. Nəşrin məlumatına görə, Trampın müharibəyə təsir imkanlarının azaldığı bazar günü İsrail və İran arasında aprelin əvvəlində atəşkəsin tətbiqindən bəri ilk dəfə atəş açıldıqda üzə çıxıb. Geri qayıt |