Əsas Səhifə > Güney Press > ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə nail olacaq

ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə nail olacaq


Bu gün, 06:29

ABŞ, İsrailin məsələ ilə bağlı mövqeyindən asılı olmayaraq, İranla, o cümlədən nüvə proqramı ilə bağlı razılaşma əldə etməyə nail olacaq.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”-a açıqlaması zamanı deyib.


"İranın nüvə proqramı ilə bağlı uzunmüddətli razılaşma əldə edə bilərik. İsrail bunu bəyənə də, bəyənməyə də bilər. Amma biz əsasən inanırıq ki, bu, ABŞ-ın maraqlarına uyğundur. Buna görə də biz bunu davam etdirəcəyik", - o deyib.


Geri qayıt