Əsas Səhifə > Güney Press > Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilibBu gün, 15:19 |
|
Moskva məhkəməsi “Yukos” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini (Rusiyada xarici agentlərin reyestrinə daxil edilib-red.) Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda təqsirli bilib. APA-nın Moskva bürosu xəbər verir ki, hakim iki maddə üzrə təqsirli bilinən Xodorkovskini 10 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edib. Xodorkovskiyə qarşı hərbi “feyk”lərlə bağlı cinayət işi 2023-cü ilin sentyabrında açılıb. Buna “X” sosial şəbəkəsində 9 sentyabr 2022-ci il tarixli paylaşım və onun “YouTube” kanalında 9 iyul 2024-cü il tarixində yerləşdirilmiş video səbəb olub. Geri qayıt |