Əsas Səhifə > Güney Press / Ana xəbər > ŞOK: Anar Məmmədov “Topaz”ı Hafkadan alır

ŞOK: Anar Məmmədov “Topaz”ı Hafkadan alır


24-06-2014, 12:50
ŞOK: Anar Məmmədov “Topaz”ı Hafkadan alır
Mərc oyunlarının təşkilini həyata keçirən “Topaz”la iş adamı Hafiz Məmmədovun yolları ayrılır.

Axar.az məlumatlı mənbəyə istinadən xəbər verir ki, “Bank of Azerbaijan”ın sahibi H.Məmmədovun “Topaz”dakı payının əlindən alınması bankın fəaliyyətindəki böhranla əlaqədardır. Belə ki, sözügedən bankın düşdüyü böhranlı vəziyyət Hafka ilə “Topaz”ın vidalaşmasına gətirib çıxarıb.

Mənbə iddia edir ki, gündəlik yığılan mərc vəsaiti “Bank of Azerbaijan”da toplanıb, uduşlar bu bank tərəfindən təqdim olunub. Lakin “Bank of Azerbaijan”ın qarşılaşdığı ağır dövr belə bir qərar verməyə əsas yaradıb. Çünki bankın külli-miqdarda borcu var. Topaz “Bank of Azerbaijan”da yığılan borcları geri qaytara bilmir.

ŞOK: Anar Məmmədov “Topaz”ı Hafkadan alır
ŞOK: Anar Məmmədov “Topaz”ı Hafkadan alır

Mənbə qeyd edir ki, “Topaz”da nəqliyyat nazirinin oğlu Anar Məmmədovun da payı var. Xeyli vaxtdır ki, nazir oğlu ilə iş adamının münasibətlərində bir soyuqluq yaranıb. Belə görünür ki, Hafkanın “Topaz” payı bir əldə cəmləşdirilir və köhnə şəriklə biznesə son qoyulur.

Geri qayıt