Əsas Səhifə > Güney Press / Partiya > İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR...
İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR...Bu gün, 07:04 |
|
"İqtisadiyyat nazirliyinin, Gənclər və İdman nazirliyinin, digər orqanların gərəksiz qurum olduğunu tez-tez dediyim üçün bəziləri soruşur ki, yaxşı, bəs onların yerinə nə olmalıdır?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Ona görə bu dəfə iqtisadiyyat Nazirliyindən daha konkret danışacam.
Onu ləğv etsək, saxlanılmasına indiyədək yönəldilən mənasız xərclər əsasən iki istiqamətə getməlidir. Birincisi, Biznes Ombudsmanı vəzifəsi təsis edilməlidir.
Deyəcəksiz ki, o biri ombudsman vəzifəsi təsis edildi də, guya insan haqlarının vəziyyəti yaxşılaşdı ki? Doğru deyəcəksiz, amma indiki ombudsman cəmiyyətin əsasən ən zəif, güc sahibi olmayan təbəqələri ilə işləyir.
Biznes Ombudsmanı isə iqtisadi baxımdan ən fəal insanların və şirkətlərin, yəni nə qədər də olsa iqtisadi güc sahiblərinin müdafiəçisi kimi daha ciddi fiqur olar – əgər ona hüquq-mühafizə və digər dövlət orqanlarının özbaşınalığı üzərindən işləmək, problemləri parlamentə və ictimaiyyətə illik də deyil, aylıq qaydada birbaşa məruzə etmək səlahiyyəti tanınarsa.
İqtisadiyyat Nazirliyini ləğv edəndən sonra boş qalan digər vəsaiti isə ölkəni geninə, uzuna, hərtərəfli ölçüb təhlil edən, bir-biri ilə ciddi rəqabət aparan müstəqil düşüncəli iqtisadi təhlil mərkəzlərinin yaradılmasına yönəltməliyik. Vəssalam. Nəhəng İqtisadiyyat nazirliyi əvəzinə biznesə daim nəfəsin verilməsi uğrunda çalışan bu iki kiçik təsisatı qursaq ölkədə iqtisadi möcüzənin təməllərindən birini qoymuş olarıq.
Təbii ki, gələcəkdə məhkəmələr adam kimi işləyəndə heç Ombudsmana da bəlkə ehtiyac qalmadı ya da onun fəaliyəti, fəaliyyət sahəsi daraldı. Amma indi buna gerçək ehtiyac hiss olunur..."
Geri qayıt |