|
"CNN televiziyasının ABŞ, İsrail-İran müharibəsinin aktiv dövründə İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı yaydığı məlumat konfliktin coğrafiyasını genişləndirmək, bu konfliktə Azərbaycanı tərəf olaraq cəlb etmək üçün növbəti cəhd kimi dəyərləndirilməlidir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı qeyd edib. O daha sonra fikrini belə davam etdirir: "Azərbaycan çoxsaylı insan tələftına, dağıntılara və ciddi beynəlxalq böhrana səbəb olmuş bu konfliktin dialoq və danışıqlar yolu ilə həll olunması istiqamətində səylərini davam etdirməli və zərurət yaranarsa yalnız bu sahədə vasitəçilik missiyasını üzərinə götürməlidir..."
Geri qayıt
|