Əsas Səhifə > Güney Press > Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır
Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdırBu gün, 16:19 |
|
Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq məktubunun Vladimir Putinə çatdırıldığını təsdiqləyib. APA xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. “Putin Zelenskinin məktubuna qiymət verəcək, bunu gözləmək lazımdır”, — o vurğulayıb. Bununla yanaşı, Kremlin sözçüsü Rusiya liderinin məktuba reaksiyasını açıqlamaqdan imtina edib. Qeyd edək ki, Volodimir Zelenski iyunun 4-ü axşam yaydığı açıq məktubda Vladimir Putinə münaqişənin başa çatdırılması üçün üçüncü ölkədə şəxsi görüş keçirməyi təklif edib. Geri qayıt |