Əsas Səhifə > Güney Press > Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır

Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır


Bu gün, 11:12

Cəbrayıl rayonu Şükürbəyli kəndində 1042 ailəlik (I mərhələ-635 ailəlik) yaşayış məntəqəsinin sel sularından mühafizə tədbirləri, drenaj şəbəkəsi, istinad divarları, körpülər, yağış kanalizasiya şəbəkəsinin tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.

Məlumata əsasən, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla əlaqədar müəyyən hazırlıqları yükunlaşdırıb.

Belə ki ,qurum bu işləri “GM Construction” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Sözügedən işlərə 6 334 270 manat vəsait sərf olunacaq.


Geri qayıt