Əsas Səhifə > Güney Press > Tikinti materialı şirkəti zərərdən qurtula bilmir
Tikinti materialı şirkəti zərərdən qurtula bilmirBu gün, 09:37 |
|
“Korgöz-Tikinti-Material” ATSC 2025-ci ili 57 min manat xalis zərər ilə başa vurub. Şirkət 2024-cü ili 95 min manat xalis zərər ilə bağlamışdı. Belə ki, ATSC-nin zərəri 40% azalıb. 2023-cü ili də 209 min manat xalis zərər ilə başa vurmuşdur. Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir. Ötən il “Korgöz-Tikinti-Material”ın əsas əməliyyat gəlirləri 234 min manat (əvvəlki ilə nisbətən 18.2% çox) təşkil edib. Hesabat dövründə “Korgöz-Tikinti-Material”ın cəmi aktivləri 268 min manat olub ki, bu da illik müqayisədə 12% azalmadır. Şirkətin cəmi öhdəlikləri 1 milyon 526 min manatdan 1 milyon 557 min manata çatıb. Geri qayıt |