Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib

Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib


Bu gün, 17:05

Rusiya prinsipial olaraq Azərbaycanla münasibətlərin hərtərəfli inkişafına hədəflənib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.

"Bunu Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına cavab verəcəyindən çıxış edərək demək istərdim. Rusiya tərəfinin Azərbaycan Respublikası ilə bütün əlaqələr kompleksinin ardıcıl inkişafına dair prinsipial mövqeyi dəyişməzdir. Odur ki, biz əlaqələrimizin inkişafında əldə edilmiş tempi azaltmaq niyyətində deyilik", - o qeyd edib.


Geri qayıt