|
Bu ilin ilk rübü ərzində Azərbaycanda ümumilikdə 23 min 506 yeni iş yeri açılıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yeni açılan iş yerlərinin sayı 0,5% və ya 120 iş yeri artıq olub. Ötən ildə olduğu kimi, bu il də ən çox yeni iş yerinin Nərimanov rayonunda açıldığı bildirilir. Bu ilin ilk 3 ayında Nərimanovda açılan yeni iş yerlərinin sayı 2 min 927 olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Nərimanovda yeni açılan iş yerlərinin sayı 11,5% azalıb. Qeyd edək ki, ölkə üzrə açılan yeni iş yerlərinin 75,8%-i və ya 17 min 818-i Bakı şəhərinin payına düşüb. Azərbaycanın 3 rayonunda – Culfa, Sədərək və Şahbuz rayonlarında 3 ay ərzində yeni iş yeri açılmayıb. Bu ilin ilk 3 ayında şəhər və rayonlar üzrə yeni açılan iş yerlərinin sayı belə olub: Nərimanov rayonu – 2927 Nəsimi rayonu – 2627 Xətai rayonu – 2378 Yasamal rayonu – 2396 Səbail rayonu – 2170 Binəqədi rayonu – 1880 Nizami rayonu – 1263 Sabunçu rayonu – 758 Abşeron rayonu – 761 Suraxanı rayonu – 689 Sumqayıt şəhəri – 671 Gəncə şəhəri – 513 Xəzər rayonu – 416 Xızı rayonu – 342 Qaradağ rayonu – 284 Babək rayonu – 237 Naxçıvan şəhəri – 206 Xaçmaz rayonu – 173 Şirvan şəhəri – 172 Şəki rayonu – 165 Cəbrayıl rayonu – 139 Qusar rayonu – 131 Şəmkir rayonu – 126 Mingəçevir şəhəri – 123 İmişli rayonu – 121 Qəbələ rayonu – 120 Qobustan rayonu – 94 Ağdam rayonu – 75 Tovuz rayonu – 82 Lənkəran rayonu – 83 Ağdərə rayonu – 83 Laçın rayonu – 65 Qazax rayonu – 64 Xankəndi şəhəri – 66 Sabirabad rayonu – 61 Gədəbəy rayonu – 52 Yevlax rayonu – 50 Beyləqan rayonu – 50 Kürdəmir rayonu – 49 Zaqatala rayonu – 47 İsmayıllı rayonu – 43 Oğuz rayonu – 43 Kəlbəcər rayonu – 42 Tərtər rayonu – 39 Naftalan şəhəri – 38 Samux rayonu – 37 Şabran rayonu – 35 Balakən rayonu – 33 Biləsuvar rayonu – 31 Siyəzən rayonu – 31 Pirallahı rayonu – 30 Göyçay rayonu – 30 Daşkəsən rayonu – 29 Ağcabədi rayonu – 29 Xocalı rayonu – 29 Ordubad rayonu – 25 Bərdə rayonu – 25 Lerik rayonu – 24 Xocavənd rayonu – 24 Astara rayonu – 23 Salyan rayonu – 23 Füzuli rayonu – 19 Neftçala rayonu – 19 Cəlilabad rayonu – 18 Göygöl rayonu – 18 Hacıqabul rayonu – 18 Yardımlı rayonu – 18 Şərur rayonu – 15 Ağdaş rayonu – 15 Qubadlı rayonu – 13 Kəngərli rayonu – 11 Şamaxı rayonu – 11 Qax rayonu – 11 Masallı rayonu – 11 Şuşa rayonu – 8 Ağstafa rayonu – 7 Ucar rayonu – 7 Goranboy rayonu – 6 Saatlı rayonu – 5 Zəngilan rayonu – 4 Zərdab rayonu – 3 Ağsu rayonu – 1 Sədərək rayonu – 0 Culfa rayonu – 0 Şahbuz rayonu – 0
Geri qayıt
|