|
Bu ilin ilk 3 ayında 1 milyon 120 min 774 nəfər Azərbaycan vətəndaşı turizm məqsədi ilə ölkədaxili səfər edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə turizm məqsədi ilə ölkədaxili səfər edənlərin sayı 27 min 860 nəfər və ya 2,5% artıb. Turizm məqsədi ilə səfər edənlərin 36 min 255 nəfəri və ya 3,2%-i Şuşa rayonuna gedib. Həmin 36 min 255 nəfər ümumilikdə Şuşaya 73 min 425 səfər həyata keçirib. Şuşaya edilən səfərlərin 12 min 42-si (16,4%-i) işgüzar məqsədlə, 56 min 978-i (77,6%-i) istirahət və əyləncə məqsədilə, 4 min 405-i (6%-i) qohumlara və dostlara baş çəkmək məqsədilə həyata keçirilib. Qeyd edək ki, Şuşaya səfər edən yerli turistlər burada 31 min 953 gecə keçiriblər. Gecələmələrin 7 min 95-i otellərdə, 17 min 181-i qohumların və dostların evində, 7 min 677-si isə turistlərin özlərinə və ailə üzvlərinə məxsus evlərdə keçirilib.
Geri qayıt
|