Əsas Səhifə > Güney Press > “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyulduBu gün, 15:41 |
|
“Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb. Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 3.813 milyon manat artırılıb. Bununla da şirkətin kapitalı 186.67 milyon manatdan 190.48 milyon manata yüksəldilib. Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və pambıq istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax, Şəmkir və İmişlidə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Nəsib İslamzadə Malik oğludur. Geri qayıt |