Əsas Səhifə > Güney Press / Ana xəbər > Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU!

Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU!


Bu gün, 12:30

Keçən günlərdə Service MTK ilə bağlı müəyyən iddiaların yer aldığı təqdim etdiyimiz məqalə ilə bağlı yeni bilgilər əldə etmişik. Xatırladaq ki, bir neçə gün əvvəl saytımızda yer alan yazıda iddia olunurdu ki, Alim Lətifov adlı şəxs guya sözügedən MTK-nın inşa etdiyi tikinti layihəsində payçı ola bilməzi üçün Nazim Tahirov adlı birinə pul verib və guya həmin vəsait də Arzu Kazımova çatıb.

"DİA-AZ" bildirir ki, həmin məqalədə iddia olunanların əslində reallıqdan uzaq olduğu aydınlaşır. Bu barədə əldə etdiyimiz məlumatlardan aydın olur ki, qeyd olunan faktla bağlı hazırda cinayet işi başhlanılıb və neçə müddətdir ki, istintaq aparılır.

Əsas aydın olanı isə budur ki, ilkin məqalədə Alim Lətifovun iddia etdikləri gerçəklikdən tamamən uzaqdır və əslində bu işdə zərərçəkən kimi tanınan Arzu Kazımova külli miqdarda ziyan vurulub. Hazırda istintaq hərəkətləri də məhz bu yöndə aparılır və yaxın günlərdə bu işin yekunu ilə bağlı daha dolğun bilgiləri təqdim edəcəyik bizi izləməyə davam edin.


Geri qayıt