Əsas Səhifə > Güney Press > "Nəvəm günahsızdır"
"Nəvəm günahsızdır"Bu gün, 17:20 |
|
Atasını bacısını və anasını döydüyü üçün 7 bıçaq zərbəsi ilə qətlə yetirən Ayxan Vəlizadənin məhkəməsi davam etdirilib. "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Mərhumun atası, eyni zamanda təqsirləndirilən şəxsin babası olan Umud Vəliyev İfadə verərək nəvəsinin günahsız olduğunu deyib: "Nəvəm günahsızdır. Bir yerdə yaşayırıq. Hadisə günü mən evdə olmamışam. Oğlum 20 ildi ki ailə qurmuşdu. Oğlum İftixar Vəlizadə ailəsi ilə münaqişələri olanda əlinə nə keçdi onlara atırdı. Hadisənin hallarını ailə üzvlərindən soruşdum. Nəvəm tərbiyəli sakit övlad olub. Onun evdə heç bir pis hərəkətini görüb eşitməmişəm. Nəvəmə qarşı heç bir şikayətim yoxdu. Hadisəni gəlnimdən öyrəndim. İftixarın əlində bıçaq olub və qızını vurmaq istəyib. Bu zaman gəlnim ortaya girib əlini qabağa verib, əlindən xəsarət alıb. Ayxan da anasını qan içində görəndə düşünüb ki, bıçaq anasının qarın nahiyəsinə girib. Bundan sonra atasının əlindən bıçağı alıb ona zərbələr endirib. Sizdən xahişim odur ki, ona ədalətli hökm çıxarasız". Mərhumun anası və təqsirləndirilən şəxsin nənəsi Teranaz Vəliyeva isə ifadə verməkdən imtina edib. O məhkəmədən xahiş edib ki, nəvəsinə yüngül cəza verilsin. Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib. İttiham aktında göstərilib ki, həmin gün saat 21 radələrində Ayxanın atası, 1981-ci il təvəllüdlü İftixar Vəlizadə qızı Lamiyəni dərsdən qayıdarkən yolda bir oğlanla gördüyünü bəhanə edərək döyüb, hətta evin mətbəxindən bıçaq götürərək ona xəsarət yetirmək istəyib. Anası Səadət Vəlizadə buna mane olmaq istəyəndə atası ona da xəsarət yetirir. Ayxan atasının bacısına və anasına yetirdiyi xəsarətlərin görüb onun bu əməllərinin qarşısını almağa çalışır. Və o, atası əlbəyaxa olur və bıçağı onun əlindən alaraq zərərsizləşdirir. İstintaqla müəyyən edilib ki, buna baxmayaraq, Ayxan atası İftixar Vəlizadənin bu qanunsuz və aqressiv hərəkətlərini davam etdirməsindən hiddətlənərək ondan qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib. O, həmin bıçaqla atasının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə, 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Bununla da, Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |