Əsas Səhifə > Güney Press > Bakılı qadın Rusiyada nazir postuna gətirildi
Bakılı qadın Rusiyada nazir postuna gətirildiBu gün, 17:11 |
|
Larisa Kazakova Rusiyanın Penza vilayətinin təhsil naziri vəzifəsinə təsdiq edilib. "DİA-AZ" Modern.az-a istinadla xəbər verir ki, bu barədə məlumat region hökumətinin rəsmi saytında yer alıb. O, 2026-cı ilin martından - əvvəlki rəhbər Aleksey Fomin işdən çıxdıqdan sonra nazir müavini vəzifəsini icra edirdi. Qeyd edək ki, Larisa Kazakova 29 iyun 1977-ci ildə Bakıda anadan olub. 2002-ci ildə V.Q.Belinski adına Penza Dövlət Pedaqoji Universitetinin “Tarix” ixtisası üzrə bitirib. Penza şəhərindəki 37 nömrəli məktəbdə elmi-metodiki işlər üzrə direktor müavini çalışıb. 17 yanvar 2022-ci ildə isə Nəqliyyat Texnologiyaları Kollecinin kollektivinə direktor əvəzi kimi təqdim olunub. Geri qayıt |