Əsas Səhifə > Güney Press > Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi

Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi


Dünən, 22:32

ABŞ nümayəndə heyəti ilə Azərbaycan arasında ümumi dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalanıb.

Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orr Bakıda keçirdiyi görüşlər zamanı Vaşinqtonun Azərbaycanın enerji sektoruna konkret investisiyalar yatırmağı planlaşdırdığını bildirib.

Onun sözlərinə görə, ABŞ Azərbaycanın enerji infrastrukturu layihələrində daha geniş iştirak etmək niyyətindədir.

Caleb Orr qeyd edib ki, ExxonMobil ötən il Bakı Enerji Həftəsində Azərbaycanda yeni kəşfiyyat imkanları ilə bağlı memorandum imzalayıb. Həmçinin Chevron bu il keçirilən Bakı Enerji Həftəsi çərçivəsində yeni kəşfiyyat sazişi bağlayıb.

ABŞ rəsmisi Azərbaycanın Avropaya və digər bazarlara enerji daşınmasında Orta Dəhlizin əsas qovşaqlarından biri olduğunu bildirərək, ölkənin bu sahədə rolunun daha da güclənməsinə dəstək verməyə hazır olduqlarını qeyd edib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə enerji, investisiya, regional bağlantılar və süni intellekt sahələrinin Bakı ilə Vaşinqton arasında əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirildiyini açıqlayıb.


Geri qayıt