Əsas Səhifə > Güney Press > Bir evi bir neçəsinə satan biznesmenin İŞİ:

Bir evi bir neçəsinə satan biznesmenin İŞİ:


Bu gün, 17:06

Bakı Ağır Cinayətlər Məhkəməsinə eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən “Star-M”, “ŞANS” və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəmin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, şahid İ.R təqsirləndirilən M.Məhərrəmovu tanıdığını bildirib:

"Mən maklerəm. Məhərrəm müəllimlə bir-birimizi 10-15 ildir ki, tanıyırıq, iş münasibətimiz olub. Mənə satılan mənzilin başqa kiməsə satılmağından xəbərim olmayıb".

Növbəti proses 23 iyun saat 16:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı xəbərə görə, istintaqla “Star-M”, “ŞANS” və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəm Həsənqulu oğlunun sözügedən kooperativlər tərəfindən Bakı şəhərində inşa olunmuş yüksək mərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Habelə başqa cinayət işi üzrə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin olması nəzərə alınıb.

İstintaq dövründə vurulmuş maddi ziyanın bir hissəsinin zərər çəkmiş şəxslərə ödənilməsi təmin edilib.


Geri qayıt