Əsas Səhifə > Güney Press > Keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib
Keçmiş deputat Əlihüseyn Əliyev vəfat edibBu gün, 11:18 |
|
Zərdab Peşə Liseyinin sabiq direktoru, keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib. Modern.az-ın məlumatına görə, o, 76 yaşında dünyasını dəyişib. Ə.Əliyev 1991-ci ilədək rayon partiya komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin müdiri vəzifələrində çalışıb. O, iki dəfə Zərdab rayonundan deputat seçilib. Sabiq deputat 2016-cı ilədək Zərdab Peşə Liseyinin direktoru vəzifəsində çalışıb. Geri qayıt |