|
Bu ilin may ayında Mərkəzi Bankın valyuta ehtiyatları 25,9 milyon dollar və ya 0,2% artaraq 12 milyard 712,4 milyon dollara yüksəlib. Yeniavaz.com xəbər verir ki, ötən bir il ərzində isə valyuta ehtiyatları 1 milyard 617,8 milyon dollar və ya 14,6% artıb. Qeyd edək ki, 2025-cü ilin may ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 94,6 milyon dollar həddində olub. Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.
Geri qayıt
|