Əsas Səhifə > Güney Press > Rusiya ordusu Ukraynaya genişmiqyaslı zərbə endirib
Rusiya ordusu Ukraynaya genişmiqyaslı zərbə endiribBu gün, 10:07 |
|
Rusiya ordusu Ukraynaya genişmiqyaslı zərbə endirib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kiyev, Zaporojye, Xarkov və Dnepropetrovskdakı müdafiə sənayesi müəssisələrinə, eləcə də Poltava, Xmelnitski və Sumı vilayətlərindəki yanacaq-enerji obyektlərinə və hərbi aerodromlara qarşı hipersəsli raketlər də daxil olmaqla, uzun mənzilli dəqiq silahlardan istifadə edilib. Qeyd olunub ki, zərbənin hədəflərinə nail olunub və bütün təyin olunmuş hədəflər vurulub. Geri qayıt |