Əsas Səhifə > Güney Press > “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet yenidən məhkəmə qarşısında

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet yenidən məhkəmə qarşısında


Bu gün, 09:58

“Lotu Quli” ləqəbli kriminal avtoritetin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: “Yeraz Camal” ləqəbli Camal Həsənov Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.


Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də Camal Həsənov qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.


Camal Həsənov 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub.


Təqsirləndirilən Camal Həsənov Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Camal Həsənov 18 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin cəzası 18 ildən 17 il 6 aya endirilib.


Geri qayıt