Əsas Səhifə > Güney Press > “TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcəkBu gün, 11:10 |
|
TuranBank Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası 15 iyul 2026-cı il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcəkdir. Banker.az xəbər verir ki, nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi xahiş olunur. Qeyd edək ki, iclasın gündəliyi bildirişə əlavə olunaraq səhmdarlara göndərilmişdir. Gündəlik üzrə məlumatları yuxarıda qeyd edilən ünvandan əldə edə bilərsiniz. Onu da bildirək ki, hazırda bankın 28 səhmdarı vardır ki, onlardan 20-ini fiziki şəxslər, digər 8-ni isə hüquqi şəxslər təşkil edir. Bankın nizamnamə kapitalı 100,006,014 AZN təşkil edir. Səhmdarların hamısı minoritar paya malikdir (10%-dən az). Geri qayıt |