Əsas Səhifə > Güney Press > AYNA dayanacaqların təmiri üçün

AYNA dayanacaqların təmiri üçün


Bu gün, 11:06

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Madina group MM” MMC (VÖEN – 1502073491) olub.
“Madina group MM” MMC AYNA-nın sifarişi əsasında Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası, yararsız vəziyyətə düşənlərin sökülərək ərazidən kənarlaşdırılması xidmətlərini həyata keçirəcək və qarşılığında 419 min 513 manat 18 qəpik alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 10 min 10 manat olan “Madina group MM” MMC 2012-ci ildən fəaliyyət göstərir. MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Biləcəri şossesi, ev 8D-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mahmudov Seyidağa Mirhəbib oğludur.


Geri qayıt