Əsas Səhifə > Güney Press > Azərbaycan UEFA reytinqində Ermənistanı və Gürcüstanı geridə qoydu
Azərbaycan UEFA reytinqində Ermənistanı və Gürcüstanı geridə qoyduDünən, 22:32 |
|
Azərbaycan futbolunun UEFA ölkə reytinqindəki mövqeyi ilə bağlı yeni göstəricilər açıqlanıb. Musavat.com xəbər verir ki, UEFA-nın ölkələr üzrə əmsallar cədvəlində Azərbaycan mövsümün yekunlarına əsasən 27-ci pillədə qərarlaşıb. Azərbaycanın ümumi əmsalı 22,937 təşkil edib. Bu göstərici ilə Azərbaycan Ermənistan, Gürcüstan, Qazaxıstan və Belarusu geridə qoyub. UEFA reytinqinə isə 119,519 əmsalla İngiltərə başçılıq edir. Ölkələrin sıralanması son beş mövsümdə avrokuboklarda əldə olunan nəticələr əsasında formalaşdırılır. Geri qayıt |