|
Türkiyə ABŞ və İran arasında danışıqlarda Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir. Yeniavaz.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Yaponiyanın “Nikkei” biznes qəzetinə verdiyi müsahibədə bildirib. O bildirib ki, Ankara, Pakistan və bir sıra digər ölkələrlə birlikdə, hazırda Vaşinqton və Tehran arasında mövcud böhranın həllinə yönəlmiş danışıqlarda vasitəçilik edir. Fidan qeyd edib ki, Hörmüz boğazı ilə bağlı razılığa gəlmək İranın nüvə proqramı ilə bağlı müzakirələrdən əvvəl olmalıdır: “Əgər Hörmüz boğazının açılması ilə bağlı razılıq əldə olunarsa, biz İranın nüvə proqramını müzakirə etməyə keçməyi planlaşdırırıq”. O əlavə edib ki, boğaz ətrafındakı vəziyyət həm ABŞ-yə, həm də İrana ciddi təzyiq göstərir: “Beynəlxalq təsirlər, o cümlədən enerji və ərzaq təhlükəsizliyi sahələrində çox böyükdür. Vəziyyət elə bir nöqtəyə çatıb ki, bu məsələ ilə bağlı danışıqlar nüvə məsələlərindən üstün tutulmalıdır”.
Geri qayıt
|