Əsas Səhifə > Güney Press > "SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
"SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıbBu gün, 16:41 |
|
"SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 15,754 milyon manat xalis mənfəətlə başa vurub. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,4 dəfə və yaxud 58,3 % azdır. Ötən il "SF Azerbaijan"ın vergiyəqədərki mənfəəti 19,75 milyon manat (əvvəlki ilə nisbətən 58,1 % az), mənfəət vergisi ödəmələri 3,996 milyon manat (57,7 % az) təşkil edib. Bu il yanvarın 1-nə "SF Azerbaijan"ın aktivləri 48,507 milyon manat olub ki, bu da illik müqayisədə 40,6 % azdır. Bunun 28,593 milyon manatı müştərilərə verilmiş xalis kreditdir. 2025-ci ildə BOKT-un kredit portfeli 73,9 % kiçilib. Hesabat dövründə "SF Azerbaijan"ın öhdəlikləri 81,1 % azalaraq 8,703 milyon manata düşüb, balans kapitalı isə 11,8 % artaraq 39,804 milyon manata çatıb. Xatırladaq ki, "SF Azerbaijan" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Latviyanın "Sun Finance Cetral Asia AS" şirkətidir. Geri qayıt |