Əsas Səhifə > Güney Press > Pentaqon rəhbəri Yeni Zelandiyanı ABŞ-ın hərbi gücünə qarşı "parazit" adlandırıb
Pentaqon rəhbəri Yeni Zelandiyanı ABŞ-ın hərbi gücünə qarşı "parazit" adlandırıbBu gün, 12:47 |
|
Pentaqon rəhbəri Pit Heqset Yeni Zelandiyanın müdafiə xərclərini şərh edərək "kifayət qədər töhfə vermədən ABŞ hərbi müdafiəsinə güvəndiyini" bildirib. Teleqraf xəbər verir ki, Sinqapurda keçirilən Şanqri-La Dialoqu təhlükəsizlik konfransında çıxış edən Pit Heqset ölkələrin hərbi xərclərinin ÜDM-in təxminən 3,5%-nə çatdırmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, öz müdafiəsinə investisiyaları artıran dövlətlər silah tədarükündə, müdafiə sənayesində genişləndirilən əməkdaşlıq və kəşfiyyat məlumatlarının mübadiləsində prioritet əldə edəcəklər. "ABŞ vergi ödəyicilərinin səxavətindən istifadə etməyə davam edən ölkələr üçün bu dövr artıq bitib. Yeni Zellandiyanın müdafiəyə ÜDM-nin 2%-i qədər vəsait yönəltməsi kifayət deyil. Əgər biz müttəfiqiysə, müqayisə edilə bilən imkanlara sahib olmalıyıq, əks halda müttəfiqliyimiz öz mənasını itirir", - deyə o bildirib. Geri qayıt |